Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Qərb artıq açıq mesajlar verir ki, hədəf konkret olaraq Putindir və Rusiyaya yeni hakimiyyət lazımdır.

Qərb artıq açıq mesajlar verir ki, hədəf konkret olaraq Putindir və Rusiyaya yeni hakimiyyət lazımdır.


2-03-2022, 07:10. Yazar: Xeberaz
Bir neçə gün əvvəl Bayden Rusiya ilə yumşaq davrandıqlarına görə tənqidə cavab verərkən demişdi: “Elə bir sanksiya növü yoxdur ki, adama deyəsən, sən daha prezident ola bilməzsən”. Açması: Putin daha prezident ola bilməz, amma bunu açıq deyə bilmərik, yavaş-yavaş qəbul etdirməliyik.

Bu gün isə Avropa Komissiyasının sədri Ursula fon der Lyaen deyib ki, “Putinə etimad tam olaraq sarsılıb”. Yəni onunla işləməyimiz mümkün deyil. O həmçinin bildirib ki, Ukraynanı Avropa Birliyinə qəbul etməliyik. Zelenski də ərizəni yazdı və qəbul ediləcək. Müharibədən əvvəl Avropa Birliyi Ukraynanı qəbul etməzdi, çünki Rusiyanı qəzəbləndirmək istəməzdi.

Qərb açıq şəkildə qətiyyət göstərir və Rusiya elitasına, ölkənin təsir gücü olan sferalarına mesaj verir ki, normal həyat istəyirsinizsə, Putindən yaxanızı qurtarın.
Geri dön