Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Reportaj > Teleqüllənin vurulması zamanı ölənlərin sayı açıqlandı

Teleqüllənin vurulması zamanı ölənlərin sayı açıqlandı


1-03-2022, 21:56. Yazar: Xeberaz
Rusiyanın Kiyevdəki teleqülləni vurması nəticəsində beş nəfər ölüb.

"Xeberaz.Az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz Tvitter hesabında yazıb.

“Dünyaya: Babi Yarın eyni yerinə bomba düşəndə dünya susursa, 80 il “bir daha heç vaxt” deməyin nə mənası var? Ən azı beş nəfər həlak olub. Tarix təkrarlanır”, - Prezident bildirib.

Ukraynanın XİN rəhbəri Dmitri Kuleba da bu barədə paylaşım edib:

“Yenicə Rusiya raketi ilə vurulan Kiyev teleqülləsi Babi Yar ərazisində yerləşir. 1941-ci il sentyabrın 29-30-da nasistlər burada 33 mindən çox yəhudini qətlə yetiriblər. 80 il sonra rus nasistləri ukraynalıları məhv etmək üçün eyni torpaqları vururlar”.


Geri dön