Ana Sayfa > Bütün xəbərlər / Karusel / Siyasət / Gündəm / Hadisə / M2 > Dövlət Agentliyinin 29 işçisi vəzifəsindən azad olunub

Dövlət Agentliyinin 29 işçisi vəzifəsindən azad olunub


1-03-2022, 13:56. Yazar: Xeberaz
2021-ci ildə Əqli Mülkiyyət Agentliyinin Aparatına 4 nəfər, Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinə 6 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 12 nəfər, Respublika Elmi-Texniki Kitabxanasına 4 nəfər işə qəbul edilib.

"Xeberaz.A" 
xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Həmçinin Agentliyin Aparatından 6 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzindən 1 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzindən 9 nəfər, Respublika Elmi-Texniki Kitabxanasından 13 nəfər öz xahişi ilə işdən azad olunub.

Hesabat ilinin sonuna Agentliyin Aparatı və tabeliyində olan qurumlar üzrə işçilərin cəmi sayı 261 nəfər, o cümlədən Agentliyin Aparatında 66 nəfər, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində 33 nəfər, Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzində 66 nəfər, Respublika Elmi-Texniki Kitabxanasında isə 96 nəfər olub. Hesabat dövründə 8 nəfərə müvafiq ixtisas dərəcələri verilib.
Geri dön