Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Aktual > Göyçayda qız qaçıran ata-oğul tutuldu

Göyçayda qız qaçıran ata-oğul tutuldu


1-03-2022, 13:38. Yazar: Xeberaz
Göyçayda ata və oğul qız qaçırıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Xeberaz.Az"-a bildirilib ki, fevralın 26-sı Göyçay rayonunda A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Ə.M və atası A.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. İstintaq davam edir.
Geri dön