Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Foto-fakt / Qarabağdan xəbər var > ADİL ƏLİYEV: Şəhidin ad günündə iştirak edərək xatirəsin yad etdi-FOTO

ADİL ƏLİYEV: Şəhidin ad günündə iştirak edərək xatirəsin yad etdi-FOTO


10-02-2022, 18:52. Yazar: Xeberaz
Daimi Qarabağ Qaziləri və Şəhid ailələrinə diqqət göstərən “İgidliyə görə” dövlət mükafatı ilə təltif edilən Milli Məclisin sədr müavini Adil Əliyev Abış oğlu  Sabunçu rayonu Pirşağa qəsəbəsində  44 Günlük Qarabağ  döyüşlərində Qəhrəmancasına Şəhidlik zirvəsinə ucalan Şəhid Əli Heydərovun ad günündə iştirak edərək əziz xatirəsini yad edib.  Millət Vəkili ilk çıxışında Müzəffər Ordunun Alibaş Komandanı cənab İlham Əliyevin uğurlu siyasətindən və  Şəhid Ailələri və Qazilərə olan diqqətindən danışıb.Şəhid ailələri sırasında Şəhidlik zirvəsinə ucalan Əsgərov Musa Əlifağa oğlunun  Atası Əlifağa Meşəxan oğlunu da dinləmiş və Şəhid Atasına minnətdarlığını bildirmişdir. Görüş zamanı Millət Vəkili Şəhid Ailələr və Qarabağ Qazilərinin sosial vəziyyətləri ilə də tanış olub. Şəhid Analarına səbr diləyərək qazilərə Tanrıdan can sağlığı arzu edərək dərdlərinə şərik çıxmışdı. Tədbirin sonunda   Şəhid ailələri və qazilər ilə xatirə şəkilləri çəkdirmişdir.




Geri dön