Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını güllələyib, qonşusunu yaraladı

Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını güllələyib, qonşusunu yaraladı


9-02-2022, 12:25. Yazar: Xeberaz


Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.
Yevlax rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Qarayev Mehdi Atakişi oğlu həyat yoldaşı, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qafar qızını ov tüfəngi ilə güllələyərək qətlə yetirib.
Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü Qarayev İldırım Zirəddin oğluna da atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən M.Qarayev saxlanılıb.
Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.

Geri dön