Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təbriklər / Qarabağdan xəbər var > Qazi Ceyhun Ağayev İB-yin üzvülərinə vəsiqə və döş nişanı təqdim etdi

Qazi Ceyhun Ağayev İB-yin üzvülərinə vəsiqə və döş nişanı təqdim etdi


8-02-2022, 17:08. Yazar: Xeberaz


"Qazilər" Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-yi günü-gündən uğurlara imza atmaqda davam edir.

Qısa müddət ərzində təşkilatın yaranmasına baxmayaraq artıq yüzlərlə Qarabağ Qaziləri və Şəhid Ailələri bu təşkilata üzv olaraq bir çox tədbirlərin həyata keçirilməsində fəal iştirak edirlər.

Onuda xatırladaq ki, "Qazilər" Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-yin sədri Qarabağ Qazisi Cehyun Ağayev təşkilata üzv olan şəxslərə üzvülüyü özündə əks etdirən İctimai Birliyin vəsiqələrini və döş nişanlarını hazırlatdıraraq şəxsən özü təşkilat üzvülərinə təqdim edərək İB-yin gələcək uğurlarından və lahiyələrindən söhbət edib.

Təşkilatın Ofisi Bakıda yerləşməsinə baxmayaraq bütün regionlardan təşkilata üzv olanlarda az deyil.

 Elə bu səbəbdən də hər regional da rayon və şəhər üzrə "Qazilər" Vətən Müharibəsi İştirakçılarına və Ailələrinə Sosial Dəstək İB-yinə sədr təyin olunmuşdur.

Geri dön