Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Foto-fakt / Həftə-Reytinq > Oğurlanan iki yaşlı uşaq tapıldı, iki nəfər saxlanıldı - VİDEO

Oğurlanan iki yaşlı uşaq tapıldı, iki nəfər saxlanıldı - VİDEO


9-01-2022, 00:25. Yazar: Xeberaz

Bakıda 10 gün əvvəl oğurlanan 2 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılıb.
"Xeberaz.Az" xəbər verir ki, DİN Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun verdiyi məlumata görə, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməldaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində oğurlanan 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyev tapılıb.
Onu oğurlamaqda şübhəli bilinən Gültəkin Muradova və Şamil Əliyev saxlanılıblar. Araşdırmalar davam etdirilir.
  • Oğurlanan iki yaşlı uşaq tapıldı,iki nəfər saxlanıldı - VİDEO


Geri dön