Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Reportaj > OLYMPUS PARK MTK, narazı vətəndaşa əlavə 60 faiz sahə də təşkil edir...

OLYMPUS PARK MTK, narazı vətəndaşa əlavə 60 faiz sahə də təşkil edir...


9-01-2022, 00:13. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, Bakı şəhər Nəsimi rayonu, Abay döngəsi 17 ünvanında , ümumi sahəsi 50, 8 kvadrat metr ərazidə yaşayan vətəndaş Nərgiz Quluyeva ilə həmin ərazidə köhnə evlərin yenisi ilə əvəzlənməsi məqsədilə həmin ünvanda tikinti inşa işləri aparan Olympus Park MMC şirkəti arasında narazılıq yaranmışdır. Vətəndaş iddiasını yaxından araşdırmaq üçün əraziyə yollandıq. Araşdırma zamanı , sözügedən məsələ ilə bağlı ev sahibinin həmin evə dair Nəsimi icra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin sahə ölçüləri göstərilən müvafiq Sərəncamı ilə tanış olduq. Sənəddən göründüyü kimi də Vətəndaş Quluyeva Nərgiz Fərzəli qızına məxsus fərdi yaşayış evinin ümumi sahəsi 50, 8 kvadrat metr kimi də təsdiq edilsə də vətəndaş bugün burada qəzalı vəziyyətdə olan evlərin sökülüb yeni binanın tikilməsinə narazılıq bildirir. Şirkətin bu baş verən narazılığı ilə bağlı da mövqeyini öyrənməyə müvəffəq olduq. Belə ki, Şirkət rəsmisi bizə bildirdi ki, biz bugünədək burada aparılan tikinti işlərini apararkən , ərazidə söküntüyə məruz qalan evlərin hər biri ilə müvafiq qaydada razılaşma işini də aparmaqla onların yaşadıqları köhnə evlərin sahə ölçülərində göstərilən rəqəmlərdən əhəmiyyətli dərəcədə fərqlənən , 20, 30 hətta 50 faizi qədər üzərinə gəlinməklə vətəndaşlara yeni təmirli mənzillər verilməsini planlaşdırmışıq, 
Həmçinin də bugün narazı durumda qalan , tikintinin gecikməsinə yol verən Nərgiz ananın da istəklərini , ələlxüsus da, onun yalqız durumda və digər sosial vəziyyətini də nəzərə almaqla onun yaşadığı 50 kvadratlıq sahə ölçülü evin əvəzinə 60 faiz də əlavə artırma ilə 90 kvadrata yaxın yeni təmirli mənzil təqdim etməyi də təklif etmişik. Lakin vətəndaş bugün nədənsə bucür unikal təkliflə də razılaşmaqda tərəddüd edir. 
Biz isə bu bu qeyd edilənləri bir daha nəzərə alaraq Olympus Park MMC nin bu açıqlama ilə bağlı , ələlxüsus söküntüyə məruz qalan , istismar müddətini artıq başa vurmuş evin əvəzinə onun 60 faizi qədər üzərinə artıqlaması ilə yeni təmirli mənzilin təklif olunmasını təqdirəlayiq hal hesab edirik, vətəndaşların isə təmirinə belə artıq xərcləri çəkmədən, kommunikasiya xidmətlərinin də lazımi formada təşkil edilməklə yeni mənzillərə sahib olmasına və bu işlərin gecikdirilmədən qısa zaman kəsiyində uğurla həyata keçirilməsinə çağırış edirik.

Geri dön