Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Qarabağdakı erməni sakin əsgərlərimizə sığındı…

Qarabağdakı erməni sakin əsgərlərimizə sığındı…


29-12-2021, 19:05. Yazar: Xeberaz

Erməni mediası bu gün Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında məskunlaşdırılan erməni sakinin itkin düşdüyü haqda məlumat yayıb.
"Xeberaz.Az" xəbər verir ki, Xankəndidə rus sülhməramlılarının arxasında gizlənərək, fəaliyyətlərini davam etdirməyə çalışan separatçı-terrorçu tör-töküntüləri keçmiş Əsgəran rayonunun Ayaslı kənd sakini, 1971-ci il təvəllüdlü Armen Verdyanın səhər saat - 7:30 radələrində itkin düşdüyü haqda məlumat aldıqlarını bildiriblər.
Bildirilib ki, Ayaslı kənd sakini Naxçıvanik istiqamətində “azıb” və Azərbaycan Ordusunun nəzarətində olan əraziyə keçib.
Lnun itməsi barədə rus sülhməramlıları artıq məlumatlıdır.
Qeyd edək ki, Armen Verdyan adlı erməni əsilli şəxsin hansı peşənin sahibi olduğu, niyə o saatlarda yola çıxdığı və “azdığı” bildirilmir. Onun azaraq Azərbaycan əsgərinə sığındığı, yoxsa təxribatçı olduğunu Azərbaycan Ordusu müəyyənləşdirəcək.
Geri dön