Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 / Reportaj > DTX Sosial Şəbəkələrdə insanları şantaj edənlərə qarşı istintaq qrupu yaradib

DTX Sosial Şəbəkələrdə insanları şantaj edənlərə qarşı istintaq qrupu yaradib


28-12-2021, 13:21. Yazar: Xeberaz
2021-ci il ərzində Azərbaycan Respublikası vətəndaşlarının intim videogörüntüləri ilə şantaj edilmələri, belə videomaterialların müxtəlif sosial şəbəkələr vasitəsilə yayılmasının təşkil edilməsi barədə daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən araşdırılmışdır.
Faktlarla bağlı DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxslər və onların yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul vəsaitlərinin tələb edilməsi), 272.2.1 və 272.2.2-ci (texniki vasitələrdən istifadə etməklə kompüter məlumatlarının təkrar ələ keçirilməsi) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq qrupu yaradılmış, kompleks istintaq-əməliyyat və əməliyyat-texniki tədbirləri həyata keçirilmişdir. 

Ətraflı: dtx.gov.az
Geri dön