Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / M2 > Türkiyədə İran maşınından yarım ton "patı" çıxdı

Türkiyədə İran maşınından yarım ton "patı" çıxdı


22-12-2021, 20:19. Yazar: Xeberaz
Türkiyədə İran maşınından yarım ton "patı"çıxdı

Türkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram metamfetamin aşkar edib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş özünün “Twitter” səhifəsində yazıb.
Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, indiyədək Türkiyədə bu miqdarda metamfetamin ələ keçirilməyib. Bu, ən yüksək miqdardır.
Narkotik maddə müsadirə olunub və sürücü saxlanılıb.
Geri dön