Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Təhsil > "Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə verildi...

"Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə verildi...


21-12-2021, 10:28. Yazar: Xeberaz

Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilir.

Bununla bağlı bu gün, dekabrın 20-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki ,düz 10 il əvvəl uşaq bağçalarının, əksinə, Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarına verilməsi haqqında sərəncam vermişdi.
Görünür Bakı şəhər icra hakimiyyətində bugünədək 10 il ərzində hərhansı bir icra hakimiyyəti başçısının bir dəfə də olsun hər hansı bir bağçaya reyd məqsədilə( reqlament üzrə nahara verilən yeməyin həqiqi verilən ərzağla bişirilməsini yoxlamaq) səfəri olmadığından ölkə başçısı bu qurumun uşaq bağçalar üzərində fəaliyyətinin qənaətbəxş hesab etməmişdir! 
Bu səbəbdən verilən sərəncam , indi bağça rəhbərlərindən və onlara "krişalıq " edən icra başçılarından başqa, hamını şad edəcək desək yanılmarıq...
Geri dön