Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Azaraq Ermənistan tərəfə keçən iki hərbçimiz geri qaytarıldı

Azaraq Ermənistan tərəfə keçən iki hərbçimiz geri qaytarıldı


20-12-2021, 23:56. Yazar: Xeberaz

Dekabrın 18-də azaraq ermənilər tərəfə keçən iki azərbaycanlı hərbçi geri qaytarılıb.
"Xeberaz.Az" bildirir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların bu gün geri qaytarılması təmin olunub.


Geri dön