Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Həftə-Reytinq > 100minlik sakini dekabrda qazsız qoyan Ruslan Əliyevin əməllərinə həsr edilir:

100minlik sakini dekabrda qazsız qoyan Ruslan Əliyevin əməllərinə həsr edilir:


8-12-2021, 12:14. Yazar: Xeberaz
Qaz " şotuna" otel tikən,Xalq malına gözün dikən,
Azərqazdakı hər sədr,
Talayıb və çapıb gedir!

Qurur sayğac biznesini,
Artırır cib büdcəsini.
Massivlərdə tenderiylə,
Pul qazanır hər biriylə. 

Günəşli , Çıraq , Azəri,
Milyon gətirir hər biri.
Havayı çıxan metanla,
Ruslan doldurur cibləri.

Atv- dən vəkil tutdu,
Abonentlərin unutdu.
Hələki sorur Xəzər qazın,
Bir də görərik qurutdu!

Havayı çıxan o qazla,
Bəsdir, az bizi qazla!
Hər il qiyməti artırır,
Tarif Şurası avazla!

Maaşla Otel tikilməz,
Sanma tikdiyin sökülməz!
Xalqın olan milli sərvət,
Gizlincə halal yeyilməz!

Xalqın ahı pis tutacaq,
Sanmayın millət yatacaq!
Bilin bu haqsızlığ ilə ,
Sonunuz çox pis olacaq!

Qaztəki yanacaqsınız,
Tüstüyə qərq olacaqsız.
100 otel tiksəniz də,
Sonu məyus qalacaqsız!

    Xəyyam Qurbanlı.
Geri dön