Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Aktual > Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı - FOTO

Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı - FOTO


5-12-2021, 17:19. Yazar: Xeberaz

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan ölkənin azərbaycanlı vətəndaşlarına məktub yazıb.
"Xeberaz.Az" 
xəbər verir ki, məktubun fotosu və Azərbaycan dilində tərcüməsi sabiq prezidentin feysbuk hesabında yayımlanıb. Sözügedən məktubun mətnini təqdim edirik:
"Əziz və sevimli azərbaycanlı həmvətənlilərim. Mən sizi salamlayıram, dəstəyinizə və mənim azadlığım üçün təşkil olunan aksiyalarda iştirakınıza görə, sizə öz təşəkkürümü bildirirəm. Mən sizi çox sevirəm, mən sizi Gürcüstanın böyük xəzinəsi hesab edirəm.
Sizin və gürcü xalqının köməyi ilə mən mütləq azad olacağam, biz birlikdə ümumi vətənimizi xilas edəcəyik, haradaki, hər kəs qorunacaq, çiçəklənəcək, və heçkəs sizə haqsızlıq edə bilməyəcək.
Sevgi və hörmətlə, sizin dostunuz və 3-cü prezidentiniz Mixeil Saakaşvili".

Geri dön