Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / M2 > Şuşa postuna qumbara atan terrorçu ermənilərə verildi

Şuşa postuna qumbara atan terrorçu ermənilərə verildi


14-11-2021, 00:34. Yazar: Xeberaz


Şuşa yaxınlığında azərbaycanlı və rus hərbçilərin olduğu posta qumbara ataraq, 3 azərbaycanlı əsgərin yaralanmasına səbəb olan 1975-ci il təvəllüdlü Norayr Mirzoyanı rus sülhməramlıları yaxalayandan və qərargahda ilkin dindirmədən sonra Xankəndidəki separatçı quruma təhvil veriblər.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə Xankəndidəki separatçılar məlumat yayıb.
Onu artıq Qarabağdakı separatçı-terroçuların “ombudsman” adlandırdığı Geqam Stepanyan ziyarət də edib. Bildirilib ki, istintaqı “Qarabağdakı separatçıların istintaq komitəsi” aparacaq.
G.Stepanyan onun ailəsi ilə əlaqə saxladığını, terrorçunun “bütün hüquqlarının” qorunacağını qeyd edib.
Artıq N.Mirzoyanın necə mühakimə olunacağının da işarəsi verilib. Stepanyan iddia edib ki, Mirzoyanın bu hərəkətinə “Azərbaycan tərəfinin Qarabağdakı ermənilərə cinayətkar münasibəti kontekstində” baxmaq lazımdır.
N.Mirzoyanın sosial şəbəkənin erməni seqmentində qəhrəmana çevrilməsi də istintaqın nəticəsini təxmin etməyə imkan verir.
Qeyd edək ki, erməni terrorçular Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi halda Rusiya səfirliklərində terror aktı həyata keçirəcəklərini açıqlamışdılar.
Geri dön