Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Reportaj > Nərimanov: ÇAŞ-ın Əməkdaşları “Kalaşnikov” gəzdirən şəxs saxladı- Video+Foto

Nərimanov: ÇAŞ-ın Əməkdaşları “Kalaşnikov” gəzdirən şəxs saxladı- Video+Foto


13-11-2021, 20:49. Yazar: Xeberaz

Nərimanov rayonunda üzərində “Kalaşnikov” gəzdirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Xeberaz.Az"-a verilən məlumata görə, həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Onun üzərinə baxış zamanı əlində olan bağlamadan 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd həmin silaha aid patron darağı aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs silah-sursatı bir neçə il əvvəl tapdığını, lakin polisə təhvil verməyərək gizlətdiyini bildirib.
Faktla bağlı Nərimkanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rüstəm Osmanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.





Geri dön