Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / İdman / Təbriklər > ZƏFƏR GÜNÜ BAYRAĞIMIZI UCALDAN İDMANÇIMIZ

ZƏFƏR GÜNÜ BAYRAĞIMIZI UCALDAN İDMANÇIMIZ


8-11-2021, 21:49. Yazar: Xeberaz

İstanbulda şotokan üzrə 11-ci dünya çempionatında Azərbaycan karateçiləri 29 (13 qızıl, 6 gümüş, 10 bürünc medal) medal qazanıblar. Üç kateqoriya - WKF, şobu sanbon, şobu ippon üzrə keçirilmiş mötəbər yarışda karate üzrə milli komandamızın və müxtəlif klubların üzvləri iştirak ediblər.
Azərbaycan Milli Karate Federasiyasından karateçilərimiz dünya çempionatında uğurlarını Zəfər Gününə həsr ediblər.
Karateçilərimizdən Ülvi Məmmədov (gümüş) 2ci yerin sahibi olmusdur.10-11 yaşlılar arasında Nurlan Əlimurad (3 qızıl, 1 gümüş), Həmid İsmayıllı (2 qızıl, 1 gümüş), Rəşid İsmayılov (1 qızıl, 1 gümüş), Aleksey Lapayev (bürünc), 12-13 yaşlı idmançılar arasında Nicat Məmmədmirzəyev (bürünc), Demid İmanov (bürünc), Canər Abbasazdə (bürünc), 14-15 yaşlı yeniyetmələr arasında Nazənin İsmayılova (bürünc), Məhəmməd Bağırov (gümüş), Rəşid Süleymanov (1 qızıl, 1 bürünc), Sofiya Hüseynli (bürünc) qalib və mükafatçılar sırasında yer alıblar.
Nuran Rzazadə (1 qızıl, 1 gümüş), Rəşad Qasımov (bürünc) 18-20 yaşlılar, Rafiz Həsənov (2 qızıl), Tural Ələkbərli (1 qızıl, 1 bürünc), Kəmalə Hüseynova (bürünc), böyüklər arasında yarışlarda yüksək nəticələrə imza atıblar.

Geri dön