Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Araşdırma > Ağstafada təhsilini BELİNİ BELƏ QIRIRLAR... - İTTİHAMAğstafada təhsilini BELİNİ BELƏ QIRIRLAR... - İTTİHAM

Ağstafada təhsilini BELİNİ BELƏ QIRIRLAR... - İTTİHAMAğstafada təhsilini BELİNİ BELƏ QIRIRLAR... - İTTİHAM


7-11-2021, 15:10. Yazar: Xeberaz
Bəri başdan bildirək ki, Ağstafa rayon məktəblərini bu il bitirmiş məzunlardan ali məktəblərə sənəd verənlərin sayı ötən ilki nəticə ilə müqayisədə 6 faiz artıb, ali məktəblərə qəbul olunanlardan 600-dən çox bal toplayanların sayı isə əvvəlki illə müqayisədə 4 nəfər çox olmuşdur. Bu faktı ona görə əvvəldən vurğulayırıq ki, bu uğurlarda heç bir xidməti olmayan Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalov deməsin ki, jurnalistlər ictimailəşdirmək üçün yalnız nöqsanları axtarırlar. Zira, Mədət Zeynalov vəzifəyə təyin olunduğu ötən bir il müddətində öz şəxsi mənafeyini düşünməsəydi, rayon təhsilinin nailiyyətlərinin artım göstəriciləri bəlkə də bir deyil, ikirəqəmli ədədlərlə ifadə olunardı.

Redaksiyamıza Mədət bəyin öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi barədə ilginc məlumatlar daxil olub. Bildirilir ki, şöbə müdiri məktəblərdə korrupsiyaya rəvac verib: vəzifələri, dərs bölgüsünü, dərs saatlarını alver predmetinə çevirib, qohumbazlıq siyasəti yürüdür. Yağlı vədlər verdiyi müəllimləri öyrədib onun şərtlərinə boyun əyməyən məktəb direktorlarının üstünə saldırır, davamlı şikayətlər yazdırır, nəhayət, “ipə-sapa yatmayan” şəxsin vəzifədən kənarlaşdırılmasına nail olur.

Dəryaz qəzetinin redaksiyasna verilən informasiyada qeyd olunur ki, Mədət Zeynalov 5 oktyabr – Müəllimlər Günü münasibətilə rayonun təhsil işçilərini təbrik etmə kampaniyasına humanitar liseydə işləyən həyat yoldaşından başlayıb və onun “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunması üçün təqdimat yazıb. Amma bu hədiyyə yerli tərəqqipərvər pedaqoji işçiləri narazı salıb. Çünki hədsiz imtiyazlara malik həmin xanımla müqayisədə fəxri ad və mükafatlara daha çox layiq olan təhsil işçiləri də vardır ki, gözləri önündə baş verən bu haqsızlıqla barışmaq məcburiyyətində qalıb mənəvi iztirab keçirirlər. Hərçənd, hiss edirlər ki, məsələyə biganə qalsalar, bu gedişlə Zeynalov öz arvadını gələn il “əməkdar müəllimlər” siyahısına da saldıracaq.

Həmçinin vurğulanır ki, Mədət Zeynalov öz katibəsi Afaq Mustafayevanın əri Bayram Mustafayevə 8000 manat rüşvət müqabilində Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsini satıb. BDU-nun Sosial xidmətlər fakültəsinin məzunu Fəridə Mahmudovadan 5000 manat alıb, Ağstafa şəhər 2 saylı orta məktəbə psixoloq vəzifəsinə işə götürüb.

Mövzuya qayıdacağıq.

Deryaz.az



Geri dön