Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual > Bakıda məşhur şadlıq sarayı qaydaları heçə saydı - FOTO

Bakıda məşhur şadlıq sarayı qaydaları heçə saydı - FOTO


20-10-2021, 14:44. Yazar: Xeberaz

Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski 256 ünvanında fəaliyyət göstərən “Afrodita” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.
Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.



Geri dön