Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya / Səhiyyə / Məşhurların Taleyi > Xoşbəxt bir ailənin acı hekayəsi-Jurnalistin Həyatı

Xoşbəxt bir ailənin acı hekayəsi-Jurnalistin Həyatı


5-09-2021, 13:53. Yazar: Xeberaz
Çox təsirli yazıdı. Təxminən 2 ay əvvəl jurnalist Peyman Sadıqovun 33 yaşlı həyat yoldaşı ürək tutmasından qəfil vəfat etdi. Onun 10 yaşlı qız övladı hal-hazırda sümük xərçəngi xəstəliyindən əziyyət çəkir. Jurnalist özünün Facebook hesabında bunları yazıb...Ən gözəl nağıl idi yaşandı bitdi. Yollar bizi ayrı saldı neyləsin ürək. İndi çox uzaqsan, bir şeyi bilki sənsiz yaşamaq çox çətindir. Yenidən dünyaya gəlsəm yenə də səni sevərəm mənim cənnət mələyim. Sən mənim bu dünyada tək sevdiyim varlıq idin. İllər keçsədə yenə də səni sevəcəm Ülkərim. Nə gözəl idi səninlə yaşadığım illər. Kaş o günlərə bir daha qayıda bilsəm. İllər necə tez ötüşdü. İnanki bizim sevgi dastanımız ən gözəl xatirədir. Kaşki səni yenidən qoxlayaraq, saçına tumar çəkə biləydim. Lakin bu gün sənin məzar daşına sığal çəkərək, fəryad edib, gözyaşları ilə təsəlli alıram. Hara baxsam sən varsan inan. Gül üzün gözlərimin önündən getmir. Torpağına qurban olduğum, səni hər zaman qəlbimdə yaşadacam. Hər gecə gəlib səni ziyarət edərkən huzur tapıram. Başımı məzar daşına qoyduqda qəlbim rahatlayır inan. Çünki mənim huzur tapdığım yeganə yer sənin məzar daşındır. Allah şahiddir ki, səni ömrüm boyu sevəcəm və körpələrinin xoşbəxtliyi üçün əlimdən gələni edəcəm. Amma məni bu həyatda yalnız buraxma nolar. Sən ruhən mənimlə yaşayırsan və mənimləsən. Geri dönəcəyinə bütün qəlbimlə inanıram çünki sən vəfat etməmisən sadəcə olaraq, uzaqlara getmisən. Çünki övladına geri dönəcəksən deyə bildirmişəm. Sən bizi heç vaxt yetim qoymarsan çünki istəmərsən gözlərimiz daim yaşlar içində qalsın. Ona görə ki, bizi sevirsən və qıymarsan. Yuxuma gələcəyinə bütün qəlbimlə inanıram. Gecən xeyirə qalsın mənim cənnət mələyim.Peyman Sadiqov
Geri dön