Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Qarabağdan xəbər var > Rüstəm Muradov erməni girovluğunda olan əsgərimizlə görüşüb – FOTO

Rüstəm Muradov erməni girovluğunda olan əsgərimizlə görüşüb – FOTO


4-09-2021, 07:16. Yazar: Xeberaz

Qarabağdakı Rusiya hərbi kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov ermənilərin girov götürdüyü azərbaycanlı hərbçi Cəmil Babayevə baş çəkib.
"Xeberaz.Az" xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.
Muradov azərbaycanlı hərbçi ilə görüşdə onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb.
Qeyd olunur ki, Babayevin xahişi əsasında ona ailəsi ilə əlaqə saxlamaq imkanı yaradılacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edərək Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçmişdi.

Geri dön