Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual > Eldar Həsənovun məhkəməsi başlayıb - Foto, Yenilənib

Eldar Həsənovun məhkəməsi başlayıb - Foto, Yenilənib


3-09-2021, 15:44. Yazar: Xeberaz

Sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan iclasda cinayət işi baxışa verilib.
Məhkəmə baxışı sentyabrın 9-a təyin edilib.
***
Bu gün sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib.
Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.
Geri dön