Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Dünya / Foto-fakt / Reportaj > Ərdoğan prezident oğlunun toyunda – VİDEO

Ərdoğan prezident oğlunun toyunda – VİDEO


29-08-2021, 16:08. Yazar: Xeberaz
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ailə üzvləri ilə birlikdə dünən rəsmi səfərdə olduğu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bosniyalıların mərhum lideri Aliya İzzetbeqoviçin oğlu ilə Xalq Məclisinin sədri Bakir İzetbeqoviçin qızının toy mərasimində iştirak edib.
"Xeberaz.Az" xəbər verir ki, Yasmina İzetbeqoviç və iş adamı Çamil Humaçkiçin dini nikahı Qazi Hüsrev bəy məscidində təşkil olunub.
Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ərdoğan əvvəlcə Aliya İzzetbeqoviçin məzarını ziyarət edib. Daha sonra paytaxt Sarayevoda Başçarşı məscidinin açılışına gedib. Prezident Ərdoğan cümə namazını Başçarşı Məscidində qılıb.
Açılışdan əvvəl isə şəhəri və bazarı gəzən ölkə başçısı ətrafında böyük bir izdiham yaranıb. Vətəndaşlar Prezidenti yaxından görmək və foto çəkdirmək üçün bir-biri ilə yarışa girib.




Geri dön