Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Dünya / Foto-fakt > Həsənovu İstanbulda öz qohumu güllələyib

Həsənovu İstanbulda öz qohumu güllələyib


25-08-2021, 01:23. Yazar: Xeberaz
Bu il iyunun 22-də İstanbulun Küçükçekmece rayonunda 35 yaşlı Azərbaycan vətəndaşı Rişal Həsənovu idarə etdiyi avtomobilin sükanı arxasında güllələyib öldürənlərin kimliyi məlum olub.Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu qətllə bağlı 3 nəfər şübhəli şəxs qismində tutulub, onlar avqustun 23-də növbətçi məhkəməyə aparılıb.
İstanbul polisinin əməliyyatçıları qətlin üstünü açmaq üçün videomüşahidə kameralarının görüntülərini təhlil ediblər və hadisə yerindən qaçan iki nəfərin izinə düşüblər. Məlum olub ki, Həsənovun avtomobili svetoforun qırmızı işığında dayanarkən ona yaxınlaşıb açan iki motosikletli hadisə yerindən qaçmağa çalışıblar və ara küçələrdən birində motosikleti yandırmaq istəyiblər. Motosikletin oğurluq olduğu da müəyyənləşib.



Geri dön