Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Sürücülük vəsiqəsi olmadan avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Sürücülük vəsiqəsi olmadan avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO


21-08-2021, 11:15. Yazar: Xeberaz

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin ( ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, rayon sakini Elşən Abbasov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədər hadisə yerindn yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.




Geri dön