Ana Sayfa > Bütün xəbərlər / Gündəm / Hadisə / M2 / Reportaj > Arvadını, qayınatasını qətlə yetirdi, sonra özünü öldürdü - Azərbaycanda

Arvadını, qayınatasını qətlə yetirdi, sonra özünü öldürdü - Azərbaycanda


21-08-2021, 02:51. Yazar: Xeberaz
Arvadını, qayınatasını qətlə yetirdi,sonra özünü öldürdü - Azərbaycanda

Sabirabad rayonunda ailə faciəsi baş verib.
"Xeberaz.Az" apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.
Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Geri dön