Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Qarabağdan xəbər var / Aktual > Qarabağ Qazisini döyüb ağaca bağladılar- Foto

Qarabağ Qazisini döyüb ağaca bağladılar- Foto


20-08-2021, 16:20. Yazar: Xeberaz
 
12.08.2021 tarixdə Gədəbəy rayonu "Böyük Qaramurad" kəndində yaşayan Qarabağ Qazisi İmanov Rauf İlham oğlu kəndçiləri üç qardaş İsmayılov Amin,Alim, Aliq tərəfindən döyülərək ağaca bağlanılıb.
"Xeberaz.Az" -ın əldə etdiyi məlumata görə, hadisəyə səbəb elçilik məsələsi olub. Qazi İmanov Raufun əmisi qızına elçi düşən şəxs qızı başqasına verdiklərinə görə, təhqir edici sözlərdən istifadə edir. Bu zaman məsələyə müdaxilə edən Qarabağ Qazisi İ.Rauf elə həmin üç qardaş tərəfindən döyülür. Ürəkləri soyumayan "qəhrəmanlar" İ. Raufu ağaca bağlayır.
Baş vermiş hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə məlumat verilir. Ancaq rayon Polis İdarəsinin nədənsə məsələyə qeyri ciddi yanaşdığı bildirilir.
Onuda xatırladaq ki, 2-ci Qarabağ Döyüşlərində 44 gün İgidliklə şücaət göstərən İmanov Rauf İlham oğlu sonda düşmən mərmisinə hədəf seçilərək, bədənində müxtəlif yerlərdən qəlpə yarası alaraq Qarabağ Qazisi adına layiq görülür.Ali Baş Komandan İlham Əliyevin göstərişinə uyğun olaraq  İmanov Rauf İlham oğlu iki medal ilə "Şuşanın alınmasına görə" medalı və "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.
İnanırıq ki,tezliklə haqq ədalət öz yerini tapar.
Günahkarlar öz cəzasını layiqincə alar.
Geri dön