Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Hadisə / Maraqlı / Aktual > Sabiq nazir Ramin Quluzadənin Goradildə 10 milyonluq villası- Bu milyonlar səndə haradandır, Quluzadə ?

Sabiq nazir Ramin Quluzadənin Goradildə 10 milyonluq villası- Bu milyonlar səndə haradandır, Quluzadə ?


19-08-2021, 10:32. Yazar: Xeberaz
Futbol meydançası, tennis kortu və hündürlüyü 15 metr hasar
Ölkənin 2 mühüm sahəsinə ( rabitə və nəqliyyat ) rəhbərlik edən və 2017-ci ildə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunan Ramin Quluzadənin karyerası uzun sürmədi. O, 2021-ci ildə vəzifəsindən azad edildi.
Və nazir vəzifəsindən azad edildiyi gün Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin olundu.
Ramin Quluzadənin nazir vəzifəsinə təyin olunması “İslahatlar, gəncləşmə” dalğasında baş vermişdir.
Təəssüf ki, cənab Ramin Quluzadə nəinki ona göstərilən etimadı doğrultmadı, hətta nazir vəzifəsindən çox xoşagəlməz durumda getdi.
Bəli, islahatçı obrazında nazir təyin olunan Ramin Quluzadə uzun müddət nazirlikdə öz kabinetini təmir etməklə, bahalı mebelləri dəyişməklə məşğul oldu.
Onsuz da sabiq nazir Əli Abbasovun kabineti və mebelləri şahlara layiq idi. Amma gənc nazir Ramin Quluzadə bir neçə ay davam edən kabinet dizaynı ilə vaxtını keçirdi.
Hətta dolaşan məlumatlara görə, Ramin Quluzadənin ən çox qorxduğu şey kabinetdəki gizli “juçok”lar imiş.
Maraqlı odur ki, Ramin Quluzadə ölkənin ən məşhur falabaxanlarını, tilsim sındırıanlarını da əməkdaşlığa dəvət edib.
Yəni bu adam nazir statusuna heç cür uyğun gəlmirdi.
Hələ bunlar azmış kimi, nazir Ramin Quluzadə məişət və ailə dəyərləri səviyyəsində də özünü doğrulda bilmədi.
Nazirlikdə böyük qalmaqallar, macəralar yaşandı. Mətbuatda cənab nazirin həyat yoldaşının nazirliyə gələrək kimlərisə sürüməsi, rüsvayçılıq, eşq macəraları-filan dövlət adamına yaraşan hal deyildi.
Və nəticədə Ramin Quluzadə “super nazir” vəzifəsindən azad edildi.
Əslində belə də olmalı idi.
Bu adam ömrü boyu 1 saat da olsun rabitə sahəsində çalışmamışdı. Nəqliyyat sahəsindən anlayışı yox idi.
Bu adama islahatçı kostyumu da geydirsən də alınmırdı.
Bu adam harada özü kimi savadsız dostları var idisə, gətirib rabitə və nəqliyyat sektoruna doldurdu.
Nə isə bütün bunlar geridə qalıb. Və keçmiş olsun, cənab Ramin Quluzadə, deyirik.
Həm də cənab Quluzadə, bunları özəl həyat, məişət, intim aləm-zad deyib, qoyaq kənara. Necə deyərlər, günahı Sərvərin boynuna.
Keçək o məsləyə ki, onun eşqə-zada, özəl həyata dəxli yoxdur.
Cənab Quluzadə, bu gün də dövlət məmurusan, PA İşlər müdirisən və dövlətdən konkret əmək haqqı alırsan. Bizneslə də qanuna görə, məşğul ola bilməzsən.
Bəs onda Goradildəki dəyəri 10 milyon olan villanı, mülkü hansı pulla tikmisən, cənab Ramin Quluzadə.
Ölkənin ən böyük nazirliyi olan, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyini çevirmişdin qadın problemləri nazirliyinə. Bunu başa düşdük.
Bəs, rüşvətə və korrupsiyaya nə deyirsən ?
Cənab Quluzadə, 10 milyonluq villanın az qala 1 milyon dəyərində hasarları var. Və hasarların hündürlüyü 10-15 metrdir. Rəhmətliyin nəvəsi, nədən qorxursan, nədən gizlənirsən ?
Hələ malikanənin ərazisindəki futbol meydançası, tennis korti, bilyard-zad..bunlar nədir Quluzadə ?
Bu boyda torpaq sahəsini niyə zəbt etmisən ?
İdman yarışlarına hazırlaşırsan ?
Adamın bir nəfsinin həddi-hüdudu olar, Adam...
Axı, sən milyonları necə qazana bilərdin ?
Sənin ən qazanclı işin özün də yaxşı bilirsən ki, diş pastası "Colgate" satmaq olub. Sən 10 milyonu buradan qazanmısan ?
Nə isə, məsələ qəlizdir.
Biz sizi məişət mövzularında suçlamırıq.
Sadəsə, milyonların haradan gəldiyini, mənbəyini açıqlasan, dövlətimizə və qanunlarımıza hörmət etmiş olarsan.
Əgər narazılğın varsa, buyur ortaya faktlar və sənədlər qoy.
Buyur, söz sənindir, cənab Ramin Quluzadə.
gundelik baki. com
Geri dön