Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Dünya > Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə... (FOTO/VİDEO)

Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə... (FOTO/VİDEO)


18-08-2021, 12:01. Yazar: Xeberaz



Muğlanın Mərmərə bölgəsinin Hisarönü məhəlləsində baş verən yanğın zamanı, yanan evdən çıxartdığı Türkiyə bayrağı ilə həm Azərbaycan, həm də qardaş ölkədə insanların rəğbətini qazanan azərbaycanlı yanğınsöndürənlərdən biri - Kamil Dünyamalıyevin daha bir qəhrəmanlığı ortaya çıxıb.
"Xeberaz.Az" xəbər verir ki, Kamil Dünyamalıyev 19.05.2015-ci ildə Binəqədidə baş verən yanğın zamanı yanan binadan körpəni xilas edibmiş.
Kamil Dünyamalıyevin 2015-ci ildə Space TV-də yayımlanan kadrlarını təqdim edirik:



Geri dön