Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Araşdırma > Sosial şəbəkələrdə insanları aldadan qadın saxlanıldı

Sosial şəbəkələrdə insanları aldadan qadın saxlanıldı


14-08-2021, 15:30. Yazar: Xeberaz
"İnstagram"və "Tik-tok"  sosial şəbəkəsində müxtəlif adlar altında səhifələr açaraq insanların pullarını mənimsəyən Şüküfə Mirzəyeva barəsində DİN-nin 102 qaynar xəttinə bir çox vətəndaşlar tərəfindən şikayətlər daxil olur.Zərərçəkmiş insanlar əllərində olan sübut və faktlarla 
  "Xeberaz.Az" saytına müraciət edərək Ş.Mirzəyevanın   dələduzluqla məşğul olduğu haqqda məlumat verərək məsələni ictimailəşdirməyi xahiş etmişdilər.

DİN-nin Mətbuat Xidmətindən "Xeberaz.Az"- a verilən məlumata görə, qeyd olunan şəxslərlə bağlı  başlanmış cinayət işi üzrə Şüküfə Mirzəyeva Nərimanov Rayon Polis İdarəsi tərəfindən müəyyən olunaraq tutulub. Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü (dələduzluq) maddələri ilə Ş.Mirzəyeva təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edilib.
Nərimanov RPİ İstintaq Şöbəsində istintaq hərəkətləri ilə müəyyən olunub ki, Nəsimi RPİ İstintaq Şöbəsində Ş.Mirzəyeva barəsində cinayət işi aparılır.

Dələduzluq əməllərində şübhəli bilinən Ş.Mirzəyeva barəsində cinayət işi üzrə istintaq materialları aidiyyəti üzrə Nəsimi RPİ İstintaq Şöbəsinə göndəriləcəkdir.
Geri dön