Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Həftə-Reytinq > Deputatın polisi döyməsi ilə bağlı cinayət işi AÇILDI

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi AÇILDI


30-07-2021, 21:05. Yazar: Xeberaz
Deputatın polisi döyməsi ilə bağlı cinayət işiAÇILDI

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılmışdır.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Geri dön