Ana Sayfa > Bütün xəbərlər / M / Siyasət / Gündəm / Hadisə / Dünya > İranda etirazlar: 14 polis yaralandı

İranda etirazlar: 14 polis yaralandı


21-07-2021, 22:19. Yazar: Xeberaz



İranın Xuzistan əyalətinin İze şəhərində keçirilən etiraz aksiyasında yerli sakin güllələnib.
"Xeberaz.Az"  xəbər verir ki, etiraz aksiyası içməli su çatışmazlığı ilə bağlı keçirilib.
Aksiyanın dağıdılması zamanı polis əməkdaşlarının açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.
Daha 14 polis əməkdaşının yaralandığı bildirilib.
Qeyd edək ki, İranda son on ildə baş verən ən güclü quraqlıq nəticəsində ölkənin bir çox şəhərində içməli su qıtlığı yaranıb.
Su probleminin daha çox Xuzistanda olduğundan hökumət səlahiyyətliləri vilayətə su tankerləri göndərir.
Geri dön