Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 > Qubada yük avtomobili yandı

Qubada yük avtomobili yandı


18-07-2021, 22:08. Yazar: Xeberaz



Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.
"Xeberaz.Az" xəbər verir ki, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi "DAF" markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.
Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.
Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.
Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır
Geri dön