Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt > Qatarların hərəkətində fasilə yarandı - Metroda insident

Qatarların hərəkətində fasilə yarandı - Metroda insident


15-07-2021, 21:49. Yazar: Xeberaz
Metronun "Ulduz" stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb.
Bu barədə  "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Hadisə saat 19.06-da olub.
Həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov" istiqamətində hərəkət edən qatar yaxınlaşıb. Qatar dayanıb, təlimat qaydalarına uyğun olaraq gərginlik xətdən ayrılıb, sərnişin stansiya yolundan çıxarılıb.
B. Məmmədovun sözlərinə görə, ilkin məlumata əsasən, 22 yaşlı Şahlar Həsənov özünü pis hiss etdiyindən stansiya yoluna düşüb.

Geri dön