Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / Foto-fakt / Qarabağdan xəbər var > Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi.

Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi.


13-07-2021, 23:22. Yazar: Xeberaz
Laçında iki nəfər cüyür ovlayıb, kef məclisi təşkil etdi - VİDEO
Sosial şəbəkələrdə Laçın rayonunda iki şəxsin cüyür kəsməsi ilə bağlı iddialar yer alıb.
Bildirilib ki, Vüqar və Aqil adlı şəxslər cüyür ətindən kabab hazırlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Xidmətin rəisi Hikmət Əlizadə “oxu.az”ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən görüntü ilə bağlı təqsirkarların tapılması və barələrində tədbir görülməsi üçün xidmət tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
Qeyd edək ki, cüyür Azərbaycanın “Qırmızı kitab”ına düşdüyü üçün ovlanmasına icazə verilmir.

Geri dön