Ana Sayfa > Bütün xəbərlər / Karusel / Gündəm / Dünya / İdman / Foto-fakt > İtaliya Avropa çempionu oldu

İtaliya Avropa çempionu oldu


12-07-2021, 03:53. Yazar: Xeberaz

Bu gün Avropa çempionatının final oyununda üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.
"Xeberaz.Az"xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:
İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorenso, 3. Corco Kyellini (kap.), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorenso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikolo Barella, 19. Leonardo Bonuççi
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lük Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (kap.), 10. Rəhim Sterlinq, 12. Kiran Trippye, 14. Kelvin Fillips, 19. Meyson Maunt
Qeyd edək ki, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Görüşü niderlandlı baş hakim Byorn Kuypers idarə edəcək.
***
Avro-2020-nin final matçı start götürüb.
İngiltərə və İtaliya yığmaları amansız mübarizəyə başlayıb.
***
İngiltərə yığmasının oyunçusu Lük Şou matçın 3-cü dəqiqəsində hesabı açıb: 1 - 0.
***
İtaliya yığmasının oyunçusu Leonardo Bonuççi hesabı bərabərləşdirib: 1 - 1.
***
Matçın əsas vaxtı 1-1 hesabı ilə bitib və qalib müəyyənləşməyib. Bu səbəbdən əlavə vaxtda oynanılacaq.
***
Əlavə vaxtda da hesab dəyişməyib. Hazırda qalibi müəyyənləşdirmək üçün penaltilər seriyası başlayacaq.
***
Beləliklə, penaltilər seriyası ilə İtaliya yığması qalib gələrək Avro-2020-nin qalibi olub.
Geri dön