"44 günlük müharibədə neçə Ermənistan vətəndaşının ölməsi məlum deyil․ Hakimiyyət hələ də ölülərin sayını gizlədir. Müxtəlif mənbələrə görə, döyüşlər zamanı 5 minlə 7 min arası Ermənistan vətəndaşı öldürülüb. Qarabağda yaşayan ermənilərlə Ermənistandakı əhalinin sayını nəzərə alıb döyüşlərdəki ölüm nisbətini hesablasaq, Qarabağda ölkəmizə nisbətən 2-3 qat çox qurbanın olduğu ortaya çıxar.
“Morqun döşəməsinə dövlətimiz və şərəfimiz atılıb” - Erməni fəal |
Qeyd edək ki, Aqababayan bundan öncə morqlarda gizlədilən erməni hərbçilərin cəsədləri ilə bağlı da tənqidi fikirlər səsləndirmişdi.