Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Dünya / Səhiyyə > Əlləri amputasiya edilənlərə ümid müjdəsi- Alı Rəcəbli
Əlləri amputasiya edilənlərə ümid müjdəsi- Alı Rəcəbli2-07-2021, 18:43. Yazar: Xeberaz |
Azərbaycanlı gənc - Alı Rəcəblinin ixtira etdiyi bionik əl protezi əllərini itirən insanların ümidinə çevrilə bilər. Bionik əl beyindən ötürülən sinir impulsu ilə işləyir. Beyindən gələn impuls kopyalanaraq plataya ötürülür, EMG sensor sayəsində əldə olunan həmin impulsu qolun əzələsi hiss edərək bionik əlin barmaqlarının müvafiq reaksiyaları yerinə yetirməsinə yardımçı olur. Bununla da pasiyent amputasiya olunmuş əlini əvəz edən bionik əllə normal hərəkətlər edə bilir. Azərbaycanlı gəncin ixtirası hal-hazırda dünyada mövcud olan analoji qurğular arasında ən yaxşısıdır: belə ki, bu yeni ixtira digər bionik protezlərdən kodlamalarının sadə olması səbəbindən daha sürətli işləməsi, elektrik enerjisindən qənaətli istifadəsi, uzunömürlü olması və istehsalının isə dəfələrlə ucuz başa gəlməsi ilə seçilir. Geri dön |