Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma > "RELAX" İstirahət Mərkəzi vətəndaşın 130 Azn manatını belə mənimsədi.

"RELAX" İstirahət Mərkəzi vətəndaşın 130 Azn manatını belə mənimsədi.


1-07-2021, 14:45. Yazar: Xeberaz
"Xeberaz.Az"-a müraciət edən vətəndaş Babayev Elmir bildirir ki, 23.06.2021-ci il tarixdə "RELAX" İstirahət Mərkəzində  iyun ayının 27 və 28 istirahət etmək üçün öncədən yer sifariş etməli olur. Buna görə 130 Azn manat istirahət mərkəzinin kart hesabına pul köçürür. Ödənişin müqabilində vətəndaşa bildirilir ki, bir gün, iki nəfərlik otaq veriləcək,shər və axşam yeməkləri daxil olmamaq şərti ilə. Vətəndaş Babayev Elmir bu təkliflə razılaşmır və  xahiş edir ki, bir neçə dəqiqə öncə ödəniş etdiyi 130 Azn manatı geri qaytarsınlar.Bunun üçün Elmir Babayevdən hesab kartı istəyirlər ancaq hesaba pul köçürmürlər. Vətəndaş bu  məsələyə  polisə şikayət edəcəyini bildirsədə onlar buna məhəl qoymayaraq vətəndaşın pulunu mənimsəyirlər.
İnanırıq ki, aidiyyatı orqanlar "RELAX" İstirahət Mərkəzi ilə bağlı lazımı adımlar ataraq vətəndaşa dəymiş zərərin ödənilməsində yardımçı olacaqlar. 
Qarşı tərəfi dinləməyə hazırıq...



Geri dön