Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Reportaj > Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR

Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ - ƏMR


18-06-2021, 16:08. Yazar: Xeberaz
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Şirvan şəhərində yerləşən 4 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ("MERO") yeni rəis təyin olunub.
"Xeberaz.Az"-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Anar Cəfərov təyin olunub.

Qeyd edək ki, o, bu təyinatdək BDYPİ-nin qeydiyyat-imtahan idarəsində çalışıb.



Geri dön