Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Reportaj > Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp”da...

Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp”da...


9-06-2021, 02:26. Yazar: Xeberaz


İşgəncə görən 9 yaşlı qız atasından uzaqlaşdırılacaq.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, hazırda azyaşlı qızın atasından alınması gözlənilir. Sığınacaq sədrinin sözlərinə görə, işgəncə görən uşağın daha sonra müvəqqəti olaraq uşaq sığınacağına veriləcəyi ehtimal olunur.

Azərbaycanda 9 yaşlı qızına işgəncə verən ata barəsində cinayət işi başlanılıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.
Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar cinayət işi açılıb:
"İş üzrə hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".



Geri dön