Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / İqtisadiyyat / Gündəm / Hadisə / Araşdırma > "Avro Grand" MTK şefi Məhkəmədən necə qurtulur?

"Avro Grand" MTK şefi Məhkəmədən necə qurtulur?


7-06-2021, 11:07. Yazar: Xeberaz
  Abşeron və Sumqayıt Məhkəmə hakimləri 1 maliyyə arayışı ilə eyni mənzili ayrı ayrı vaxtlarda 2 şəxsə dələduzluq yolu ilə satan Tikinti rəhbəri Xanlar Cəfərovla bacara bilmir.
Belə ki, Xırdalan şəhər H. Aslanov 12 ünvanından sözügedən  şirkətin inşa elədiyi 1 mənzilə 27 may 2019cu ildə Maliyyə arayışı ilə 83min manat pul ödəyən- Rəşidov Əziz Dağbəyi oğlu olsa da, ödəniş edən və 2tərəfli qaydada imza atan alıcı Əziz Dağbəyi oğlu, həmin mənzilə 3gün sonra gəlib komendant tərəfindən açar alaraq onunla birgə daxil olmaq istəsə də xoşagəlməz mənzərərə ilə rastlaşmışdır. Yəni ödəniş etdiyi , rəsmi möhürlü maliyyə arayışında qeyd edilən həmin mənzilin  zamokunun dəyişdirilməsini və həmin seyf qapı önünə divara təbaşirlə "bu ev Elçin adlı şəxsə satılıb"! sözlərini görən Rəşidov Əziz bu barədə şirkət rəhbərinə zəng açıb bildirsə də qarşı tərəf bunun anlaşılmazlıq olduğunu bəhanə edərək bu məsələnin müzakirəsini nə təşkil edir, nə də bu vaxtacan dəymiş ziyanı ödəmədiyindən Zərərçəkmiş Aldanılmağa məruz qaldığını  bilib Abşeron  məhkəməsinə həmin ödənilən pulun geri qaytarılması iddia ərizəsini yazmışdır. Və ən qaranlıq və müəmmalı sonluqla bitən  məhkəmə qərarını almışdır. Ən əsası, burada hakim nə 3cü şəxs olan Elçin adlı şəxsi məhkəməyə çağırtdırır, nə də Xanlar Cəfərovu 308ci( Vəzifə saxtakarlığı) vəya 178ci   maddəylə ( Dələduzluq) təqsirli bilmir, ancaq Qətnaməni Məhz zərərçəkmişin  Rəşidov Əzizin xeyrinə çıxarsa da " yuxarı"-dan gələn zənglərlə bu dələduzluq əməlini törədən və sübutu isbat olunan Xanlar Cəfərov barəsində nə azadlığın məhdudlaşdırılmasını, nə də tövsif olunan maddələrə müvafiq cərimə barəsində belə ona sanksiya verməmişdir. Əksinə məhkəmə prosesi gedərkən zala gələn telefon zəngindən sonra Xanlar Cəfərov   heçnə olmamış kimi əli qolu açıq vəziyyətdə zalı tərk edib çıxıb gedir.
Məgər bu boyda dələduzluq əməli Azərbaycan  Respublikasının adından çıxarılan Qərarını öz ağuşundamı boğur? 
Yəni Xanlar Cəfərovun əməllərinə Dövlət Qanunlarının gücü çatmır? 
Ətraflı videoçarxda:


Geri dön