Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Qarabağdan xəbər var > QARABAĞ savaşına öz istəyilə qatılan Şəhidimiz

QARABAĞ savaşına öz istəyilə qatılan Şəhidimiz


2-06-2021, 21:12. Yazar: Xeberaz
44günlük Qarabağ uğrunda Vətən müharibəsi iştirakçılarından olaraq qəhrəmancasına şəhid olan  Baş leytenant  Əlizadə Fuad Nazim oğlu- 05 iyul 1994-cu ildə Naxçıvan MR-nın Şahbuz rayon Kolanı kəndində dünyaya göz açmışdır. Ailədə iki qardaş olaraq böyümüşdü Fuad. Uşaqlıqdan hərbçi peşəsinə yiyələnmək olmuş onun  arzusu. Və elə də oldu. Cəmşid  Naxçıvanski adına Ali Hərbi Akademiyaya qəbul olub buranı bitirdikdən sonra, təyinat üzrə leytenant rütbəsiylə Gəncədəki N saylı hərbi hissəyə xidmətə yollanmışdır. Nümunəvi xidmətlərinə görə komandanlıq tərəfindən yüksək qiymətləndirilmiş, baş leytenant rütbəsinə çatmış Fuad Əlizafə ötən ilin 27 sentyabrında başlayan II QARABAĞ savaşına öz istəyilə qatılaraq Füzuli Zəngilan və Laçın istiqamətində gedən ağır döyüşlərdə zirehli hərbi  transportyorlarla döyüş meydanında saysız hesabsız  manevrlər edən Fuad , bir zabit olaraq əsgərlərini öz canından da çox istəyərək onları arxada qalaraq növbəti döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin bir neçə canlı qüvvəsini də məhv edərək irəliləmiş, onun sayəsində ordu birləşmələrimiz onun üzərində olduğu texnikanın arxasınca xeyli əraziyə doğru, əzəli Azərbaycan torpaqları olan Zəngilan və Füzuli istiqamətində mövqelər tutmuşdur. Nəhayət döyüşlərin 37ci günündə düşmənin kənardan atdığı minamyot mərmisinin partlaması nəticəsində irəliləyən Fuadı Vətən yolunda şəhid edir. Neytral mövqedə uzun müddət zabitimizin nəşi fədakar müzəffər ordumuz tərəfindən götürülmüş, Naxçıvan şəhərindəki Şəhidlər məzarıstanında Üçrəngli Dövlət bayrağımıza bükülərək təntənə ilə böyük fəxarətlə  Ana Torpağa tapşırılmışdır. 
Qədirbilən xalqımız daim Fuad Nazimoğlu və onun timsalında bütün şəhidlərimizi daim yaddaşlarda saxlayaraq uca tutaraq onları nəsildən- nəslə yaddaşlara ötürəcəkdir. 
Allah bir daha şəhid Fuad Nazim oğlu Əlizadəyə məkanını Cənnət eyləsin  deyirik! Amin.




Geri dön