Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Həftə-Reytinq > Bu gündən metronun fəaliyyəti bərpa olunur

Bu gündən metronun fəaliyyəti bərpa olunur


31-05-2021, 08:46. Yazar: Xeberaz



Bu gündən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.
"Xeberaz.Az" xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.
Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq olacaq.
Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.
Geri dön