Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Hadisə / Aktual > Mingəçevir şəhərində Şəhidin adına xatirə bulağı açıldı-FOTO

Mingəçevir şəhərində Şəhidin adına xatirə bulağı açıldı-FOTO


23-05-2021, 00:07. Yazar: Xeberaz

Mingəçevirdə Bu gün doqquz ilin hərbçisi,    həm 2016cı il  Aprel döyüşlərinin, həm də 44 günlük  İkinci Vətən Müharibəsinin iştirakçısı olaraq böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olan gizir Səbuhi  Şakir oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə onun böyüyüb boya-başa çatdığı doğma Mingəçevirin ENERGETİK qəsəbəsində oxuduğu 4 saylı Orta Ümumtəhsil məktəbinin direktoru Azər Qazıyevin və ona dərs demiş Sənan müəllimin , Zaur  Müseyibovun, Sahibə Rəsulovanın və bir sıra pedoqoji heyətin təşəbbüsü ilə Xatirə bulağının açılışı olmuşdur.  
Müəllim və şagird heyətinin təşkil etdiyi Açılış mərasimində şəhid Səbuhi Məmmədovun uşaqlıq xatirələri, hər zaman elinə vətəninə sevgi ruhunda qisas hissiylə yaşadığını ifadə etməklə onun xoş təəssüratlarını açılmış Xatirə Bulağı ətrafına toplaşan 100 lərlə qəsəbə sakininin də onun barəsində çıxışlar  səsləndirmişlər. Sonda Mərasim iştirakçıları  bir daha Şəhid Səbuhi Məmmədovun daim yaddaşlarda qalacağını  qeyd etdilər.
Allahdan Şəhid qardaşımız Səbuhi Məmmədova rəhmət  Məkanı Cənnət olsun deyirik. 
Xəbəraz.az komandası adından: Tural Əliyev.






Geri dön