Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya > İsrail HƏMAS liderlərinin evini vurdu

İsrail HƏMAS liderlərinin evini vurdu


16-05-2021, 07:43. Yazar: Xeberaz



İsrail Hərbi Hava Qüvvələri HƏMAS Siyasi Bürosunun sədrinin müavini Xəlil əl Hayinin Qəzzadakı evinə zərbə endirib.
"Xeberaz.Az" xəbər verir ki, bu məlumatı İsrail ordusu yayıb.
Onun evinə qırıcılarla zərbə endirildiyi vurğulanıb. Əl Hayinin evinin terrorizm infrastrukturu kimi fəaliyyət göstərdiyi üçün məhv edildiyi bildirilib.
***
İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın iki yüksək vəzifəli komandirinin evinə zərbələr endirib.
Hücum edilən şəxslərin Xan Yunis batalyonunun komandiri Tisar Mevaşir və Deyr əl Balax terror təşkilatının komandiri Azi Tama olduğu bildirilib
Geri dön