Ana Sayfa > Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm > Daxili işlər orqanlarında kadr dəyişikliyi olub - ƏMR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub - ƏMR


15-05-2021, 01:21. Yazar: Xeberaz
"Xeberaz.Az"-ın  əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib. Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.
Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.


Geri dön