Ana Sayfa > Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Dünya / İdman / Foto-fakt > Messinin butsları hərracda 144 min avroya satıldı

Messinin butsları hərracda 144 min avroya satıldı


1-05-2021, 07:27. Yazar: Xeberaz

Messinin butsları hərracda 144 min avroyasatıldı



İspaniyanın "Barselona" komandasının hücumçusu Lionel Messinin əfsanəvi braziliyalı futbolçu Pelenin qol sayı rekordunu üstələdiyi oyunda geydiyi butsları “Christie's” hərracında 144 min avroya satılıb.
"Xeberaz.Az" xəbər verir ki, hərracın mətbuat xidməti özünün tvitterdəki səhifəsində məlumat verir.
Qeyd edilir ki, butsların satışından əldə olunan vəsait Barselonada “Vall d'Hebron” universitetinin xəstəxanasına yönəldiləcək.
Xatırladaq ki, "Barselona"nın argentinalı 33 yaşlı hücumçusu İspaniya çempionatının XXV turunun "Valyadolid"lə matçında (3:0) əlamətdar statistik uğura imza atıb. Qarşılaşmanın 65-ci dəqiqəsində qol vuran Messi bir klubun heyətində qolların sayına görə Pelenin rekordunu üstələyib. Braziliyalının hesabında "Santos"un heyətində 643 qol olub.
Messi 2021-ci ilin martında bir çempionatda qolların sayına görə Pelenin rekordunu təkrarlayıb.

Geri dön